REGİONLAR
Lənkəranlı gənc rəssamın əsərləri beynəlxalq müsabiqələrdə böyük maraq doğurur
Lənkəran, 2 iyul, Bağır Əliyev, AZƏRTAC
Lənkəranın 15 yaşlı gənc rəssamı Zümrüd Abbaszadə beynəlxalq rəsm müsabiqələrində ölkəmizi layiqincə təmsil edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rəssamlıq sənətinin bütün janrlarında gözəl sənət nümunələri yaradan gənc rəssam rəngli boya ilə kətan üzərində işləməyə daha çox üstünlük verir.
Zümrüd Abbaszadənin çəkdiyi rəsm əsərləri Yaponiya, Polşa, Hindistan və digər ölkələrdə keçirilən müsabiqələrdə diplom və sertifikatlara layiq görülüb.
Bu il Yunanıstanda keçirilən rəsm müsabiqəsində isə lənkəranlı gənc rəssamın çəkdiyi rəsm əsərləri üçüncü yerə layiq görülüb.
Onun ən böyük arzusu çəkdiyi rəsmlərdən ibarət fərdi sərgi açmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:09]
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
- 26.04.2024 [16:43]
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər
- 26.04.2024 [15:39]
Xocalı al lalələrlə bəzənib FOTO
- 26.04.2024 [14:59]
“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb
- 26.04.2024 [14:35]