REGİONLAR


Lerikli könüllülərin fəaliyyəti sakinlər tərəfindən razılıqla qarşılanır

Lerik, 20 may, Bağır Əliyev, AZƏRTAC

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq Lerik rayonunda da könüllü qruplar yaradılıb və onlar öz fəaliyyətini uğurla davam etdirirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə yaradılmış mobil qruplara 152 nəfər könüllü qoşulub.

Rayonda fəaliyyət göstərən gənc könüllülər koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə istər şəhərdə, istərsə də digər yaşayış məntəqələrində yaşayan tənha və 65 yaşdan yuxarı vətəndaşları, aztəminatlı ailələri nəzarətdə saxlayaraq, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərirlər.

Könüllü qruplar yüzlərlə tənha insana, aztəminatlı və şəhid ailələrinə, fiziki məhdudiyyəti olan şəxslərə baş çəkərək, onlara ərzaq və gündəlik tələbat məhsullarından ibarət bağlamalar, tibbi ləvazimatlar çatdırırlar. Ümumilikdə, Lerik rayonu üzrə 184 nəfər könüllü həssas kateqoriyadan olan 2 mindən yuxarı ailəyə dəstək göstərilməsində iştirak edib.

Rayonda keçirilən “Könüllü qonşu” aksiyası çərçivəsində tənha-ahıl, yaşı 65-dən yuxarı olan vətəndaşlara könüllülər tərəfindən əlaqə nömrələri paylanılıb, bu nömrələrə daxil olan zənglər əsasında könüllülər vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına, kommunal ödənişlərin və bank xidmətlərinin həyata keçirilməsinə köməklik göstərirlər.

Könüllülər, həmçinin əhali arasında koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işlərinin aparılması, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərar və tövsiyələrin əhaliyə çatdırılması məqsədilə təbliğat və təşviqat işini davam etdirir, küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanması, polis və tibb işçilərinə könüllülər adından təşəkkür mesajlarının çatdırılmasında da böyük həvəslə iştirak edirlər.

Ölkəmizdə koronavirus infeksiyası ilə mübarizə məqsədilə xüsusi karantin rejiminin mayın 31-dək uzadılması nəzərə alınaraq, könüllülər tərəfindən əhali arasında maarifləndirmə işləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.