REGİONLAR


Leyla Məmmədova: Məqsədimiz kənd təsərrüfatı və turizm sahələrini özündə birləşdirən aqroturizmi inkişaf etdirməkdir

Hacıqabul, 12 oktyabr, C.Rüstəmov, AZƏRTAC

Bu gün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə həyata keçirdiyi “Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi” layihəsi çərçivəsində “Aqrar Tədarük və Təchizat” ASC, Aqrar Kredit və İnkişaf Agentliyi ilə birgə Hacıqabulun “Nar vadisi”nə aqrotur təşkil edilib. Bu turda yerli və dövlət orqanları ilə yanaşı, səfirliklərin nümayəndələri də iştirak edirlər. Aqrotur iştirakçıları seleksiya yolu ilə əldə edilmiş “MinaŞirin” nar sortu tinglərindən salınmış bağlarla tanış olurlar. Yerli sahibkar nəinki Azərbaycandan xaricə nar ixrac edir, eyni zamanda, bu nar sortunun tinglərinin satışını da həyata keçirir. Hətta Kolumbiyada da pilot layihə reallaşdırır. Biz innovativ layihələrə açıq olan, marketinqə önəm verən sahibkarlarımızın, fermerlərimizin olduğuna çox sevinirik.

Bunu Hacıqabulda nar təsərrüfatına təşkil olunan aqrotur zamanı AZƏRTAC-a açıqlamasında “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova söyləyib.

Onun sözlərinə görə, “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən bu il “Şəhərdən Kəndə” aqroturizm layihəsinə başlanılıb: “Məqsəd ölkəmizdə kənd təsərrüfatı və turizm sahələrini özündə birləşdirən aqroturizmi inkişaf etdirməkdir. İki il ərzində 500 fermerə təlim keçərək aqroturizmi inkişaf etdirmək, fermerləri məhsul satışının düzgün təşkili barədə məlumatlandırmaq istəyirik və bu istiqamətdə layihələr reallaşdırırıq. Əsas hədəf ölkəmizin şimal və şimal-qərb regionlarıdır. Lakin gördüyünüz kimi, bu gün Hacıqabuldayıq. Bu da o deməkdir ki, əgər bizə digər regionlardan da müraciətlər olarsa, böyük məmnuniyyətlə buna baxılacaq. Artıq 50-yə yaxın fermerlə əməkdaşlıq edirik. Bu fermerlər Şəki, Şamaxı, İsmayıllı, Zaqatala, Balakən, Quba və Hacıqabuldandır”.

“Şəhərdən Kəndə” layihəsi ilə əməkdaşlıq etmək istəyən, 500 fermerdən biri olmaq istəyən varsa, bizə rəsmi internet səhifəmiz, eləcə də sosial şəbəkələrimiz vasitəsilə müraciət edə bilər. Bu müraciətlər araşdırılır və onlara təlimlər keçirilir. Bu layihədə bizə həm yerli, həm də xarici qurumlar da dəstək göstərir”, - deyə L.Məmmədova bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.