İDMAN


Lionel Messi “Barselona”nın İspaniya çempionatlarında 6000-ci qolunu vurub

Bakı, 19 avqust, AZƏRTAC

İspaniya La Liqasının birinci turunda “Barselona” və “Deportivo Alaves” klublarının görüşündə kataloniyalıların argentinalı hücumçusu Lionel Messinin 64-cü dəqiqədə vurduğu qol ölkə çempionatı tarixində əlamətdar olub.

AZƏRTAC xəbər verir ki, Lionel Messinin 25 metr məsafədən dəqiq yerinə yetirdiyi cərimə zərbəsi ilə qapıdan keçirdiyi top “Barselona”nın La Liqada 6000-ci qolu kimi tarixə düşüb.

Qarşılaşmanın birinci hissəsində hər iki komandaların səylərinə baxmayaraq hesab açılmayıb. Fasilədən sonra Kataloniya təmsilçisi hesabı açıb. Komandanın əsas qol silahı olan Lionel Messi cərimə zərbəsindən baxımlı qola imza atıb - 1:0. Matçın 83-cü dəqiqəsində Filippe Koutinyo fərdi ustalığı sayəsində hesab arasındakı fərqi daha da artırıb. Oyunun 92-ci dəqiqəsində isə Lionel Messi komandasının üçüncü, özünün ikinci qolunu qapıdan keçirib.

Qeyd edək ki, İspaniya çempionatlarında 5000-ci qolu da 2009-cu Lionel Messi vurub. Argentinalı hücumçu “Barselona”nın heyətində indiyədək 385 dəfə fərqlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.