MƏDƏNİYYƏT
“Lippische Landes-Zeitung” qəzeti Almaniyanın Detmold şəhərində Azərbaycanla bağlı keçirilən konsert barədə məlumat yayıb
Berlin, 15 oktyabr, AZƏRTAC
Almaniyanın “Lippische Landes-Zeitung” qəzetində dərc edilən "Azərbaycandan musiqi və yemək" adlı məqalədə bu həftə Braker Muzeyində Azərbaycanla bağlı tədbir təşkil edilməsi haqqında məlumat verilir.
Tədbirdə Azərbaycan musiqisi və yeməklərinin təqdim olunduğu bildirilən yazıda Azərbaycan haqqında məlumat verilir. Detmold şəhərində yaşayan azərbaycanlı bəstəkar Xədicə Zeynalovanın rəhbərliyi ilə “Bridge of Sound” ansamblının ifasında Azərbaycan musiqilərinin səsləndirildiyi, eləcə də ölkəyə xas olan yeməklərin və içkilərin təqdim olunduğu vurğulanır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [22:00]
“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib
- 07.05.2024 [20:33]
“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb
- 07.05.2024 [16:38]
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konsert
- 07.05.2024 [16:37]