İQTİSADİYYAT


Lisenziya və aktuari şəhadətnaməsi almaq istəyənlər üçün keçirilmiş attestasiyanın nəticələri açıqlanıb

Bakı, 12 iyul, AZƏRTAC

Sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan şəxslər, müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya və aktuari şəhadətnaməsi almaq istəyən şəxslər üçün Maliyyə Bazarlarına Nəzarət Palatasında attestasiya keçirilib.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nəticələrə əsasən, attestasiyada iştirak edən 9 namizəddən 5-i keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.

Qeyd edək ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 5.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.