DÜNYA


Litva “Brexit”ə hazırlaşır

Vilnüs, 13 mart, AZƏRTAC

Litvanın xarici işlər naziri Linas Linkyaviçus Böyük Britaniyanın Avropa İttifaqından çıxması tarixinin dəyişdirilməsinin hüquqi münaqişə yaradacağını deyib: “Bu müddətin uzadılması Avropa Parlamentinə seçkilər zamanı qarışıqlığa və fikir ayrılığına gətirib çıxaracaq. Əgər “Brexit” mayın 23-nə qalsa, bunun qorxusu yoxdur, amma vaxtın daha da uzadılması hüquqi münaqişələrə səbəb olacaq”, - deyə xarici işlər naziri bildirib.

AZƏRTAC xəbər verir ki, Linas Linkyaviçus Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının razılaşdırılmadan da ola biləcəyi ehtimalını irəli sürüb. Bu isə bir çox ölkələri pis vəziyyətdə qoya bilər. Litva bu halda hər şeyə hazır olmaq məcburiyyətindədir.

Xatırladaq ki, Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsinin planlaşdırılmış tarixi martın 29-da, Avropa Parlamentinə seçkilər isə mayın 12-də olacaq.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.