İQTİSADİYYAT


Lombard fəaliyyəti çərçivəsində kredit əməliyyatları nağdsız qaydada aparılmalıdır

Bakı, 22 avqust, AZƏRTAC 

Lombard fəaliyyəti ilə məşğul olan hüquqi və ya fərdi sahibkar pul əməliyyatlarını rəsmiləşdirərkən kredit alanın bank hesabına pulu nağd qaydada köçürə bilərmi?

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, lombard fəaliyyəti çərçivəsində pul vəsaitlərinin faiz müqabilində borca verilməsi kredit hesab edildiyindən lombardlar tərəfindən həmin əməliyyat nağdsız qaydada həyata keçirilməlidir. Odur ki, lombard (onun səlahiyyətli nümayəndəsi) tərəfindən kredit məbləğini birbaşa vergi ödəyicisi olmayan fiziki şəxsin bank hesabına ödənilməsi nağdsız hesablaşma kimi qəbul oluna bilər.

Hər iki tərəf vergi ödəyicisi olduqda isə nağdsız hesablaşmalar bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə aparılmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.