MƏCBURİ KÖÇKÜNLƏR QƏSƏBƏSİNDƏ BAYRAM TƏDBİRİ
AZƏRTAC xəbər verir ki, BMT-nin Dünya Ərzaq Proqramının (DƏP) Azərbaycandakı nümayəndəliyi Beynəlxalq Qadınlar günü münasibətilə Biləsuvar rayonundakı məcburi köçkünlər qəsəbəsində 140 qadın müəllimin iştirakı ilə tədbir keçirmişdir. Yığıncaqda DƏP-in nümayəndəsi Rəhman Çodri, Cəbrayıl Rayonu İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev və başqaları çıxış edərək, bayram təbriklərini çatdırmışlar.
Xatırladaq ki, nümayəndəlik Pekində keçirilən Dünya Qadınlar Konfransının müəyyənləşdirdiyi öhdəliklərə riayət edir. Yaradılan ərzaq idarəetmə komitələrində qərarvermə səlahiyyəti olan vəzifələrin 50 faizdən çoxunu qadınlar tutur.