MƏCBURİ KÖÇKÜNLƏR TİBBİ XİDMƏTDƏN RAZIDIRLAR

Balakənin mərkəzi xəstəxasının təcrübəli həkimləri tərəfindən rayonun internat və peşə məktəblərində, uşaq xəstəxanalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər müayinə edilmiş, onların bəziləri üçün pulsuz müalicə kursu aparılmışdır. Şəkərli və şəkərsiz diabetli, vərəmli, epilepsiyalı və yataq xəstələrinə 20 milyon manat dəyərində pulsuz dava-dərman verilmişdir.

Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, şəhər poliklinikası, doğum evi yerli büdcənin, Qaysa kənd xəstəxanası isə bələdiyyə vəsaiti hesabına əsaslı təmir edilmiş, burada müalicə, müayinə və tibbi yardım üçün hər cür şərait yaradılmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.