DÜNYA
M.ƏHMƏDİNEJAD: İRAN BAŞQA ÖLKƏLƏRƏ NÜMUNƏ GÖSTƏRƏCƏK
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, İran Prezidenti Mahmud Əhmədinejad Malayziyanın sabiq Baş naziri Mahathir Məhəmmədlə Tehranda görüşündə bildirmişdir ki, onun ölkəsi nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə olunması sahəsində öz nümunəsi ilə başqa dövlətlərə də yol açacaqdır.
Prezidentin mətbuat xidmətinin yaydığı məlumata görə, Əhmədinejad vurğulamışdır ki, İranın dinc atoma sahib olmaq niyyəti müasir dünyada öz imkanlarına arxalanmağa çalışan müstəqil dövlətlər üçün böyük əhəmiyyət daşıyır. İran dinc nüvə texnologiyalarına malik olmaq hüquqlarını müdafiə edərək, əslində, yenilikçi rolu oynayır və əgər bu yolda uğur qazansa, digər ölkələr üçün də dinc atom enerjisinə yol açacaqdır.
İran Prezidentinin sözlərinə görə, hazırda onun ölkəsi əvvəlkindən də qüdrətli və mütəşəkkil dövlətdir və düşmənlərə müqavimət göstərmək üçün imkanlarını xeyli genişləndirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]