İQTİSADİYYAT


MASALLIDA TURİZMİN İNKİŞAFI ÜÇÜN MÖHKƏM MADDİ-TEXNİKİ BAZA YARADILMIŞDIR

Masallı rayonunda turizmin inkişafı üçün möhkəm maddi-texniki baza yaradılmışdır.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, respublikamızın cənub bölgəsində istirahət zonalarının çoxu məhz bu rayonun ərazisində yerləşir. Təsadüfi deyil ki, aprelin 8-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən III Beynəlxalq Turizm və Səyahətlər Sərgisində rayonun turizm potensialını, səfalı guşələrini, tarixi abidələrini, meşə və faunasını əks etdirən stendlər qoyulmuşdu. El sənəti və xalq yaradıcılığı nümunələri rəğbətlə qarşılanmışdı. Sərgiyə gələnlər rayondakı “İsti su”, “Dəşvənd”, “Türkan” turizm obyektlərinin xidmətini yüksək dəyərləndirmişdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.