CƏMİYYƏT
MDB ölkələrinin ekspertləri Həyatın keyfiyyəti normativlərinin layihəsini razılaşdırıblar
Bakı, 19 fevral, AZƏRTAC
Fevralın 19-da videokonfrans rejimində Həyatın keyfiyyəti normativlərinin layihəsinin razılaşdırılması ilə əlaqədar MDB ekspert qrupunun əlavə iclası keçirilib.
AZƏRTAC MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, sənədə dövlətlərdən daxil olan iradları və təklifləri nəzərdən keçirərək, iclas iştirakçıları onu ekspert səviyyəsində razılaşdırılmış hesab etmək və Həyatın keyfiyyəti normativlərinin layihəsini müəyyən edilmiş qaydada MDB İqtisadi Şurasının iclasına təqdim etmək qərarına gəliblər.
Həyatın keyfiyyəti normativi dedikdə, əhalinin tələbatlarının ödənilməsini təmin edən standart başa düşülür. Normativlərinin formalaşdırılmasında məqsəd – vətəndaşların sosial-iqtisadi hüquqlarının təmin edilməsi üçün dövlət zəmanətlərinin minimal səviyyəsinin təsdiqləmək və eyni zamanda, dövlətin sosial-iqtisadi siyasətinin həyata keçirilməsi və onun davamlı inkişafının təmin edilməsi üçün istiqaməti müəyyən etməkdir.
MDB-nin iştirakçısı olan dövlətlərdə vəziyyətin ümumi qiymətləndirilməsi üçün insanların ümumi rifahının və onların həyat şəraitinin statistik göstəricilər Siyahısı istifadə edilir, həmin siyahı aşağıdakı istiqamətlər üzrə tərtib olunub: rifah; əhalinin sosial müdafiəsi; əhali və sağlamlıq; təhsil; yaşayış şəraiti; məhsul və xidmətlərin keyfiyyəti; ekoloji vəziyyət; hüquqi müdafiəolunma; mədəniyyət; bədən tərbiyəsi və idman; turizm.
Sənəd qəbul edildikdən sonra MDB çərçivəsində müvafiq konsepsiyalar hazırlanarkən, milli normativ-hüquqi aktlar və çoxtərəfli hökumətlərarası sənədlər hazırlanarkən Birlik ölkələrinin maraqlı nazirlik və idarələri, habelə MDB-nin sahələrarası əməkdaşlıq orqanları tərəfindən onun müddəalarının nəzərə alacağı gözlənilir.