“MKT-ARAZ” VƏ “XƏZƏR-LƏNKƏRAN” KLUBLARI CƏRİMƏLƏNMİŞLƏR
AZƏRTAC xəbər verir ki, AFFA-nın Nizam-İntizam komitəsi ölkə futbol çempionatının güclülər dəstəsinin son turunda keçirilmiş oyunlarla bağlı qərar çıxarmışdır.
Qərara əsasən, “MKT-Araz” - “Gənclərbirliyi” görüşündə yerli komandanın oyunçusu Saşa Yunisoğlu rəqib oyunçunu vurduğuna görə növbəti iki oyundan kənarlaşdırılmış, klub 2000 manat (AZN) cərimələnmişdir. Həmin oyunda azarkeşlər meydana və qaçış zolağına kənar əşyalar atdığına görə, “MKT-Araz”, əlavə olaraq, min manat cərimə ödəməli olacaqdır.
“Xəzər-Lənkəran - “İnter” oyununda isə yerli azarkeşlər meydana kənar əşyalar atdığı üçün və “Xəzər-Lənkəran”ın 4 oyunçusu sarı vərəqə aldığına görə, klub 2 min manat məbləğində cərimələnmişdir.