ELM VƏ TƏHSİL
“M.P.Vaqif və Azərbaycan dili” mövzusunda elmi sessiya keçiriləcək
Bakı, 22 noyabr, AZƏRTAC
Noyabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu “M.P.Vaqif və Azərbaycan dili” mövzusunda elmi sessiya təşkil edəcək.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə “Vaqif poeziyasında “gözəllik” konsepti”, “Vaqif xalq ədəbiyyatı ilə klassik ədəbiyyatın qovşağında”, “Vaqif poeziyasının linqvistik təhlili”, “Azərbaycan estetik dünyagörüşünün formalaşmasında M.P.Vaqif yaradıcılığının rolu” mövzularında məruzələr dinləniləcək.
Elmi sessiya AMEA-nın əsas binasında keçiriləcək.