DÜNYA
MSK: Xarici ölkələrdəki məntəqələrdə seçicilər daha çox Petro Poroşenkoya səs verib
Kiyev, 22 aprel, AZƏRTAC
Ukrayna Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turunun xarici ölkələrdəki məntəqələrinin yekun nəticəsini açıqlayıb.
AZƏRTAC MSK-nın saytına istinadla xəbər verir ki, xarici ölkələrdə seçicilərin 54,73 faizi Petro Poroşenkoya, 43,78 faizi isə Vladimir Zelenskiyə səs verib.
Prezident seçkilərinin ikinci turunda xarici məntəqələrdə 59 830 seçici iştirak edib.
Ukrayna Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turu ilə bağlı protokolların ümumilikdə 90,5 faizini hesablayıb. Vladimir Zelenski böyük fərqlə Petro Poroşenkonu üstələyir. Belə ki, seçicilərin 73,17 faizi Zelenskiyə, 24,50 faizi isə Poroşenkoya səs verib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]