İQTİSADİYYAT
MÜSABİQƏLƏR PAYIZDA BAŞLANACAQDIR
Almaniyanın KFVV Bankı tərəfindən maliyyələşdirilən Azərbaycan elektrik enerjisi ötürmə sisteminin reabilitasiyası proqramı çərçivəsində müsabiqə prosedurları 2003-cü ilin sentyabr-oktyabr aylarında başlanacaqdır.
“Azərenerji”nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bir neçə şirkət, o cümlədən Almaniyanın “Siemens” şirkəti və ABB İsveç-İsveçrə şirkətinin Almaniyadakı bölməsi artıq təqdimat mərasimləri keçirmişlər. Hazırda “Azərenerji”nin mütəxəssisləri reabilitasiya proqramının həyata keçirilməsi üçün təqdim olunmuş texniki təklifləri öyrənirlər.
Xatırladaq ki, bu il fevralın 6-da Bakıda imzalanmış kredit sazişinə uyğun olaraq, KFVV 15 milyon avrodan artıq vəsait verəcəkdir. Bu vəsait elektrik enerjisi ötürmə sisteminin yenidən qurulmasına və müasir SCADA dispetçer idarəetmə sisteminin tətbiqinə yönəldiləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:02]
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
- 07.05.2024 [19:40]
® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır
- 07.05.2024 [19:33]
® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub
- 07.05.2024 [16:23]