DÜNYA


Madaqaskar Konstitusiya Məhkəməsi Racoelinanın seçkilərdə qələbəsini təsdiqləyib

Bakı, 8 yanvar, AZƏRTAC

Madaqaskar Konstitusiya Məhkəməsi Andri Racoelinanın ölkə prezidenti seçkilərində qələbəsini təsdiqləyib

AZƏRTAC xəbər verir ki, Jeune Afrique nəşrinin yaydığı məlumata görə, seçkilərin ikinci turunda Racoelina 55,66 faiz, onun rəqibi Mark Ravalomana isə 44,34 faiz səs toplayıb. Racoelinaya yaxın dairələr yeni prezidentin andiçmə mərasiminin yanvarın 19-da keçiriləcəyini bildiriblər.

Andri Racoelina 2009-2013-cü illərdə ölkənin keçid administrasiyasına başçılıq edib. Onun əsas rəqibi Mark Ravalomana 2002-2009-cu illərdə prezident postunu tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.