ELM VƏ TƏHSİL
“Magistr” jurnalının beşinci nömrəsi çapdan çıxıb
Bakı, 27 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DIM) “Magistr” jurnalının beşinci nömrəsini nəşr etdirib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, jurnalda 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrimizin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olunanların siyahısı, ixtisaslaşmalar üzrə minimal keçid balları, o cümlədən dövlət sifarişi üzrə müsabiqə nəticəsində formalaşmış keçid balları və digər zəruri məlumatlar dərc edilib.
Magistr proqramları (ixtisaslaşmaları) üzrə boş qalan yerlərin siyahısı və həmin yerlərin müsabiqəsində iştirak etmək üçün elektron ixtisas seçimi haqqında elan bu ilin avqustunda DİM-in internet səhifəsində və “Magistr” jurnalının növbəti sayında yer alacaq.
Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28; Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarındakı “Abituriyent” satış köşklərindən almaq olar.
Nəşrin elektron versiyasını isə (pdf formatında) : http://eservices.dim.gov.az/ejurnal/ linki vasitəsilə əldə etmək mümkündür.