ELM VƏ TƏHSİL
Magistrantların attestasiyası aparılıb
Bakı, 10 iyul, AZƏRTAC
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda imtahan sessiyasını uğurla başa vurmuş magistrantların attestasiyası aparılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, hər bir magistrantın imtahan nəticələri, fərdi iş planlarında nəzərdə tutulan elmi-tədqiqat işlərinin yerinə yetirilmə vəziyyəti, elmi konfranslarda iştirakı müzakirə edilib. Attestasiya Komissiyasının qərarı ilə magistrantlar növbəti semestrə keçiriliblər.
Qeyd edək ki, Attestasiya Komissiyası institutun direktoru, akademik İradə Hüseynovanın 2019-cu il 1 fevral tarixli əmri ilə yaradılıb.
Hazırda institutda “Molekulyar biologiya” və “Biokimya” ixtisasları üzrə 6 magistrant hazırlanır.