ELM VƏ TƏHSİL


Magistraturaya ikinci qəbul imtahanında iştirak etmək üçün 1839 nəfər qeydiyyatdan keçib

Bakı, 3 may, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat davam edir.

DİM-dən AZƏRTAC-a bildirilib ki, magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların qeydiyyatı mayın 8-dək internet vasitəsilə aparılır. Bu günə olan məlumata görə, imtahanda iştirak etmək üçün 1839 nəfər (Azərbaycan bölməsi - 1661; rus bölməsi – 178) qeydiyyatdan keçib.

Magistraturaya qəbul imtahanının ikinci cəhdi mayın 26-da (respublikamızda sanitar-epidemioloji vəziyyətdən asılı olaraq imtahanın vaxtı dəyişdirilə bilər) keçiriləcək və bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatika üzrə 25 (o cümlədən açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.