MƏDƏNİYYƏT


Mahnı Teatrında “Rəqs Kaleydoskopu” adlı beynəlxalq müsabiqənin qalibləri mükafatlandırılacaq

Bakı, 8 dekabr, AZƏRTAC

Dekabrın 11-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Rəqs Kaleydoskopu” adlı birinci beynəlxalq festival-müsabiqənin qaliblərinin mükafatlandırılma mərasimi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “Kainat” Gənclik Mərkəzinin dəstəyi, “Mehriban” rəqs və vokal qrupunun təşkilatçılığı ilə reallaşacaq tədbirdə beynəlmiləl tərkibli münsiflər heyəti müsabiqədə iştirak edən yeniyetmə və gənclərin ifasında milli, folklor, müasir və dünya xalqlarının rəqs nümunələrini qiymətləndirərək qalibləri müəyyənləşdirəcək.

İlk festival-müsabiqənin xarici qonaqları qardaş Özbəkistan təmsilçiləri olacaq. Bu qədim diyarın ayrı-ayrı vilayətlərindən müsabiqəyə qoşulacaq gənc istedadlar Azərbaycandan olan həmyaşıdları ilə yaradıcılıq mübarizəsi aparmaqla yanaşı, tədbirdə “ustad dərs”lərində iştirak etmək imkan qazanacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.