MƏDƏNİYYƏT


Mahnı Teatrında gənc ifaçıların konserti olacaq

Bakı, 15 avqust, AZƏRTAC

Sentyabrın 25-də R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Könül nəğmələri” adlı konsert proqramı təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertdə gənc solistlər - Səbinə Ərəbli, Nadir Qafarzadə, Zaur Əmiraslanov, Rövşən Əziz, İlkin Fuadoğlu, Rövşən Qəhrəmanov, Səbinə Babayeva, Kənan Qədimov, Lalə Məmmədova, Pərviz Verdiyev, Aynur İsgəndərli və Könül Məmmədli iştirak edəcəklər.

Konsertdə solistləri Tofiq Əhmədov adına Estrada-Simfonik Orkestri müşayiət edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.