İQTİSADİYYAT


Maliyyə Bazarlarına Nəzarət Palatasının hazırladığı sənədlər müzakirə olunub

Bakı, 14 iyun, AZƏRTAC

Maliyyə Bazarlarına Nəzarət Palatasının hazırladığı sənədlər müzakirə olunub.

Azərbaycan Banklar Assosiasiyasından (ABA) AZƏRTAC-a bildirilib ki, qurumun “Komplayns” Ekspert Qrupunun növbəti görüşü keçirilib.

Görüşdə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanan “Məsul şəxsə dair tələblər” və “PY/TMM sahəsinə aid proqram təminatına dair tələblər” sənədlərinin müzakirəsi aparılıb.

Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.