İQTİSADİYYAT
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 18 sentyabr, AZƏRTAC
Sentyabrın 18-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 10 milyon manat həcmində, 182 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 15 investor tərəfindən qiyməti 95.6142 AZN (9.2499 faiz) və 96.8606 AZN (6.5360 faiz) olan 23 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.4695 AZN (7.3800 faiz), orta ölçülmüş qiyməti 96.4780 AZN (7.3616 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 51 428 900, 00 AZN, yerləşdirilmiş həcmi isə 10 milyon manat təşkil edilib.
İstiqrazlar gələn il martın 19-da ödəniləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]