SİYASƏT


Manlio Di Stefano: İtaliya işğal altındakı ərazilərin Azərbaycana qaytarılmalı olduğunu tələb edən BMT qətnamələrini həmişə dəstəkləyib

Bakı, 18 noyabr, AZƏRTAC

İtaliya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər zaman Birləşmiş Millətlər Təşkilatının mövqeyini, yəni, işğal altındakı ərazilərin Azərbaycana qaytarılmalı olduğunu dəstəkləyib. İtaliya həmişə ən müdrik, ən məntiqli və ən geniş yayılmış mövqeyi, yəni, BMT-nin mövqeyini dəstəkləyib. Həmin ərazilərin 1990-cı illərdə Ermənistan tərəfindən işğal edildiyini və Azərbaycana qaytarılmalı olduğunu bildirən bir çox qətnamələr var.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, bu sözləri İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano “Agenzia Nova” xəbər agentliyinə müsahibəsində söyləyib.

Azərbaycanın Qarabağ bölgəsindəki erməni icmasına münasibət bildirən M.Di Stefano deyib: “Biz insan haqlarının qorunması, xristian icmalarının mühafizəsi baxımından həmin ərazidəki ermənilərin bütün hüquqlarına hörmət edilməsinin tərəfdarıyıq və mən bu xüsusda çox rahatam, çünki Azərbaycan çoxkonfessiyalı ölkədir. Bu barədə bizi dəfələrlə əmin ediblər”.

Münaqişənin nizamlanmasında Rusiyanın roluna münasibətdə İtaliya rəsmisi qeyd edib ki, Rusiya Qarabağda böyük bir realpolitik nümayiş etdirdi. Çünki Ermənistanın həmişə bir növ Rusiyanın protektoratı olduğu doğrudur, lakin Rusiyanın Türkiyə ilə və bölgədəki enerji ilə əlaqəli iqtisadi münasibətlərinin olduğunu nəzərə alaraq, Azərbaycanın özü ilə də böyük bağlarının olduğu da həqiqətdir”.

M.Di Stefano əlavə edib ki, son imzalanan sənəddən başa düşüldüyü kimi regionun ətrafındakı işğal olunmuş ərazilərin və şimal hissəsində erməni icmasının qalmasına zəmanət verilməsi ilə Dağlıq Qarabağın qaytarılması xarici siyasətdə yeni geosiyasi vəziyyətin formalaşmasına dəlalət edir.

“Türkiyə bu baxımdan getdikcə daha çox əhəmiyyət kəsb edən bir aktordur və ikinci NATO ordusundan bəhs etdiyimizə görə özümüzdən Qərbin və NATO-nun hansı mövqedə dayandığını soruşmalıyıq. İnanıram ki, Türkiyə ilə bağlı bunu asanlıqla əsaslandıra bilərik, amma bir sualla qarşılaşırıq: bu gün NATO-nun tərkibi necədir və NATO siyasətini necə ümumi hala gətiririk? Bu, cavabı asan olmayan vacib sualdır”, - deyə Di Stefano fikirlərini tamamlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.