İDMAN


Marselo və Eden Hazard “Mançester Siti” ilə matçda iştirak edəcəklər

Bakı, 29 iyul, AZƏRTAC

İspaniyanın “Real Madrid” futbol klubunun futbolçuları Eden Hazard və Marselo zədələrini sağaldıblar.

AZƏRTAC İspaniya mətbuatına istinadla xəbər verir ki, onlar komanda ilə məşqlərə başlayıblar. Hər iki oyunçu UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində “Mançester Siti” ilə keçiriləcək cavab görüşündə iştirak edə biləcək.

Qeyd edək ki, sözügedən matç avqustun 7-si keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.