İQTİSADİYYAT
Marşrut avtobuslarında sürücüyə və sərnişinlərə nəzarət kameraları quraşdırılır
Bakı, 15 mart (AZƏRTAC). Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi marşrut avtobuslarında yeni texnologiyanın tətbiqini sınaqdan keçirir. Mərhələlərlə avtobuslarda sürücülərə və sərnişinlərə nəzarət kameraları quraşdırılır. Avtobusun daxilini görüntüləmək imkanına malik olan kameralardan biri salonda, digəri isə sürücü kabinəsində yerləşdirilir.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində sərnişinlərin və sürücülərin hərəkətləri bu kameralar vasitəsilə izləniləcəkdir. Bu, həm sərnişinlərin təhlükəsizliyinin nəzarətdə saxlanılmasına, həm onların davranış mədəniyyətinin yüksəldilməsinə səbəb olacaq, eləcə də sürüclərin hərəkətlərinə nəzarəti artıracaqdır. Burada sürücü-sərnişin davranışı da diqqətdə saxlanılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]