REGİONLAR
Masallı gəncləri rayonda keçirilən xeyriyyə aksiyasına qoşulublar
Masallı, 9 aprel, Bağır Əliyev, AZƏRTAC
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə tam riayət olunmasından ötrü “Evdə qal!” devizi ilə keçirilən aksiyaya Masallı gəncləri də qoşulublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin təşkilatçılığı ilə koronavirus pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar yaşı 65-dən yuxarı olan vətəndaşlara və aztəminatlı ailələrə ərzaq bağlamaları paylanılıb.
Aksiya iştirakçıları vətəndaşlara, həmçinin koronavirus xəstəliyinin simptomları və onun yayılmasının qarşısının alınması yollarına dair söhbətlər apararaq, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etmələrini tövsiyə ediblər.