REGİONLAR
Masallı taekvondoçuları Tbilisidə keçirilən beynəlxalq turnirdə 1 qızıl və 2 gümüş medal qazanıblar
Masallı, 25 fevral, Bağır Əliyev, AZƏRTAC
Gürcüstanın paytaxtı Tbilisi şəhərində taekvondo üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında keçirilən "Tbilisi Open" beynəlxalq turnirində Masallı Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri uğurla çıxış ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən turnirdə Masallı idmançısı Sevda Əzizova 37 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Masallının digər iki idmançısı - Ağakərim Əliyev (30 kq) və İlkin Feyzullayev (21 kq) isə ikinci yeri tutaraq gümüş medal qazanıblar.
Qeyd edək ki, beynəlxalq turnirdə Gürcüstan, Azərbaycan, Belarus, Ukrayna, Ermənistan və İranı təmsil edən idmançılar qələbə uğrunda mübarizə aparıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]