REGİONLAR


Masallıda “Breyn-rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib

Masallı, 26 yanvar, Bağır Əliyev, AZƏRTAC

Masallı şəhərindəki ASAN İntellektual İnkişaf Mərkəzində rayon gənclər və idman idarəsinin, təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində gənclər arasında keçirilən “Breyn-rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyinin qalibləri məlum olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gərgin və maraqlı mübarizə şəraitində davam edən bilik yarışının yekun nəticələrinə əsasən Bala Kolatan kənd tam orta məktəbinin “Big Bang” komandası birinci, Musaküçə kənd tam orta məktəbinin “Birlik” komandası ikinci, Masallı şəhər 2 nömrəli tam orta məktəbinin “Elm” komandası üçüncü yerlərə layiq görülüblər.

Fərqləndiyinə görə isə, Bədəlan kənd tam orta məktəbinin “Bədəlan” komandası diplomla mükafatlandırılıb.

Qaliblərə kubok və diplomlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.