REGİONLAR


Masallıda “Mənim polisim” devizi altında aksiya keçirilib

Masallı, 2 iyul, Bağır Əliyev, AZƏRTAC

İyulun 2-də Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Polisi Gününə həsr olunmuş “Mənim polisim” devizi altında aksiya keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya çərçivəsində idarənin əməkdaşları Masallı şəhəri ərazisində koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə tətbiq olunan xüsusi karantin rejiminin qaydaları çərçivəsində rayonun müxtəlif yerlərində quraşdırılmış stasionar postlarda xidmət aparan polis əməkdaşlarına vətəndaş həmrəyliyini və dəstəyini nümayiş etdiriblər.

Rayon Gənclər və İdman İdarəsi tərəfindən polis işçilərinə müstəqil Azərbaycan Respublikasının üçrəngli bayraqları hədiyyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.