CƏMİYYƏT
Masallıda avtomobildən 10 min manat dəyərində qızıl və gümüş əşyalar oğurlanıb
Bakı, 7 avqust, AZƏRTAC
İyulun 28-də Masallı rayonu ərazisindəki bir avtomobildən ümumvətəndaş pasportu, mobil telefon aksesuarı, 10 min manat dəyərində qızıl və gümüş əşyalar oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluqda şübhəli bilinən Masallı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Səmədov rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakıda saxlanılıb.
Avqustun 1-də Şəmkir rayonu ərazisindəki mağazaların birindən 1000 manat pul oğurlamaqda şübhəli bilinən Gədəbəy rayon sakini Z.Tağıyev Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb.
Hər iki hadisə ilə bağlı araşdırmalar davam etdirilir.