REGİONLAR
Masallıda şahmat üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb
Masallı, 11 avqust, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə oğlan və qızlar arasında rayonun 2020-ci ildə Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar olaraq onlayn qaydada keçirilən şahmat yarışı üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon birinciliyində oğlanlar arasında Mircavad Bəşirov birinci, Mirseyidəli Talıbzadə ikinci, Dadaş Dadaşov üçüncü yerə layiq görülüblər. Qızlar arasında isə Lalə Ağacanova, Zeynəb Quliyeva və Səma Sadıqzadə fərqləniblər.
Qaliblərə Masallı Rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:09]
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
- 26.04.2024 [16:43]
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər
- 26.04.2024 [15:39]
Xocalı al lalələrlə bəzənib FOTO
- 26.04.2024 [14:59]
“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb
- 26.04.2024 [14:35]