İQTİSADİYYAT


“Maşın öyrənilməsi proyektlərinə ümumi ortaq yanaşma” adlı vebinar keçirilib

“Maşın öyrənilməsi proyektlərinə ümumi ortaq yanaşma” adlı vebinar keçirilib

Bakı, 21 dekabr, AZƏRTAC

“InnoWeek – İnnovasiya həftəsi 2020” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Robopark” layihəsi çərçivəsində “Girls Code Azerbaijan” tərəfindən “The full lifecycle of Machine Learning projects – Maşın öyrənilməsi proyektlərinə ümumi ortaq yanaşma” adlı onlayn tədbir təşkil olunub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin direktoru Rauf Cabarov Azərbaycanda maşın öyrənilməsi sahəsi üzrə mütəxəssislərin sayının artırılması üçün vebinarların təşkili və maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

Estoniyanın “Mooncascade” şirkətində maşın öyrənilməsi mühəndisi vəzifəsində çalışan Günay Abdullayeva müvafiq sektorda təcrübələrini tədbir iştirakçıları ilə bölüşüb.

Vebinarda iştirak üçün 400-dən çox insan qeydiyyatdan keçib. Tədbirdə 750-dək izləyici iştirak edib, 50-dək iştirakçının müvafiq istiqamətdə sualları cavablandırılıb.

Vebinarda maşın öyrənilməsi proyektlərinə ümumilikdə necə yanaşılmalı, modelin öyrədilməsi və test edilməsi, təxmin olunan dəyərlərin çatdırılması prosesləri və modelin versiyalanmasının əhəmiyyəti kimi maraqlı istiqamətlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.