ELM VƏ TƏHSİL
Mayın ikinci yarısında direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start veriləcək
Bakı, 8 may, AZƏRTAC
Mayın ikinci yarısında direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start veriləcək.
AZƏRTAC xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev mayın 8-də feysbuk üzərindən canlı yayımda sualları cavablandırarkən deyib.
O bildirib ki, bu proses sentyabra qədər davam edəcək.
Xatırladaq ki, ilkin olaraq müsahibələrdə balı 36-dan çox olan və şagird sayı 1000 nəfərdən çox olan ümumi təhsil müəssisələrində işləmək istəyən 135 namizəd iştirak edəcək. Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi onlayn formatda “Microsoft Teams” platforması vasitəsilə təşkil ediləcək. Onlayn müsahibələrin keçirilməsi ilə bağlı təlimat hazırlanıb, müsahibədə iştirak etmək hüququ qazanmış namizədlərin şəxsi səhifələrinə göndərilib.