CƏMİYYƏT


Məcburi köçkünlər işğaldan azad olunan yurd yerlərinə kiçik biznesləri ilə qayıtmağa hazırlaşırlar

Bakı, 11 noyabr, AZƏRTAC

Məcburi köçkünlər müzəffər Azərbaycan Ordusunun erməni işğalından azad etdiyi ərazilərimizdən olan özünüməşğulluq proqramının iştirakçılarıdır. Füzuli, Qubadlı, Zəngilan və Xocavənd rayonlarının sakinləri olan həmin insanlar məcburi köçkün olduqları dövrdə proqrama cəlb edilərək aktivlərlə təmin olunub, öz kiçik ailə bizneslərini yaradıblar. Yaxın zamanda doğma torpaqlarına öz ailə biznesləri ilə qayıdacaqlarının sevincini yaşayırlar və ata-baba yurdlarında təsərrüfatlarını gələcəkdə daha da genişləndirəcəklərinə əmindirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramının icrası zamanı əlilliyi olan şəxslər, şəhid ailələri, ünvanlı sosial yardım alan ailələrin üzvləri və digər həssas qruplarla yanaşı, məcburi köçkünlərə də üstünlük verilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu ilin ötən dövründə proqrama cəlb olunanlardan 1330 nəfəri məcburi köçkünlər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.