İQTİSADİYYAT


Mədən vergisinin tam məbləğinə azadolma hansı halda tətbiq edilir?

Mədən vergisinin tam məbləğinə azadolma hansı halda tətbiq edilir?

Bakı, 13 mart, AZƏRTAC

Dekabr ayında müəssisənin mişar daşı hasilatı ilə bağlı mədən vergisi 500 manat, il ərzində 5 min manat, hasilat aparılan ərazinin torpaq vergisi isə 12 min manat olub. Dekabr ayında mədən vergisi üzrə nə qədər güzəşt tanınmalıdır? Bəyannaməyə əvvəlki aylarda ödənmiş məbləğ artıq ödənmə kimi tanınmalı, yoxsa sadəcə sonuncu aya güzəşt tətbiq edilməlidir?

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsinə əsasən, faydalı qazıntılara görə vergi ödəyicisi tərəfindən təqvim ili üzrə hesablanmış mədən vergisinin məbləği həmin faydalı qazıntıların çıxarıldığı torpaq sahələrinə görə onun tərəfindən həmin təqvim ili üzrə hesablanmış və ödənilmiş torpaq vergisinin məbləğindən çox olmamaqla təqvim ilinin sonuncu hesabat ayında azaldılır.

Buna əsasən sorğuda qeyd olunan halda, vergi ödəyicisi tərəfindən təqvim ili üzrə hesablanmış və ödənilmiş torpaq vergisinin məbləği təqvim ili üzrə hesablanmış mədən vergisinin məbləğindən çox olduğu üçün mədən vergisinin tam məbləğinə azadolma tətbiq edilir və torpaq vergisinin mədən vergisindən artıq olan hissəsi artıq ödəmə kimi tanınmır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.