MƏDƏNİYYƏT


Mədəniyyət Nazirliyi ilə Yunus Əmrə İnstitutu arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı, 20 noyabr, AZƏRTAC

Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıç ilə görüşüb.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Anar Kərimov Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə nəticələnən tarixi Qələbədə qardaş Türkiyənin və türk xalqının dəstəyinə görə qonağa dərin minnətdarlığını ifadə edib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə töhfə olaraq ölkə daxilində və xaricində fəaliyyət göstərən Azərbaycanın Mədəniyyət mərkəzlərinin fəaliyyətinin genişləndirilməsində Yunus Əmrə İnstitutunun təcrübəsindən istifadə edilməsi, növbəti ildə qarşılıqlı mədəniyyət günlərinin təşkili, Azərbaycanın film sənayesinin daha da canlandırılması və inkişaf etdirilməsi, zəngin mədəni irsi ilə tanınan Qarabağa həsr olunan filmlərin çəkilməsi və digər layihələrin icrası ilə bağlı birgə fəaliyyət planının hazırlanması məsələləri müzakirə edilib.

Səlçuk Karakılıç iki ölkə arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərinin mədəniyyət sahəsində əməkdaşlıqda da ön planda olduğunu və bundan sonra da bu əməkdaşlığa töhfə verə biləcək layihələrin icrası ilə əlaqədar Yunus Əmrə İnstitutu tərəfindən dəstək göstəriləcəyini bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.