Mədinə İslam Universiteti Ginnesin Rekordlar Kitabına düşüb
AzerTAg.az
Qahirə, 24 iyun, AZƏRTAC
Səudiyyə Ərəbistanındakı Mədinə İslam Universiteti bu ali təhsil ocağında təhsil alan gənclərin milli mənsubiyyətinin sayına görə Ginnesin Rekordlar Kitabına düşüb.
AZƏRTAC xəbər verir ki, Mədinə İslam Universitetində 170 millətin nümayəndəsi təhsil alır. İlahiyyat üzrə ixtisaslaşmış bu ali təhsil müəssisəsindəki 9 fakültədə 20 min tələbə təhsil alır və onların böyük bir hissəsi əcnəbi gənclərdir. Səudiyyə Ərəbistanı hökuməti onların təhsil, yataqxana və nəqliyyat xərclərini ödəyir.
Ginnesin Rekordlar Kitabının sertifikatını universitet rəhbərliyinə Kitabların Nəşri üzrə Yaxın Şərq Agentliyinin sədri Talal Ömər təqdim edib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Xəbərin mətnində orfoqrafik səhv var