DÜNYA


Məhəmməd Cavad Zərif: İran nüvə proqramını bərpa etməyə hər zaman hazırdır

Tehran, 3 oktyabr, AZƏRTAC

İran nüvə proqramını bərpa etməyə hər zaman hazırdır. Lakin Avropa dövlətləri bizimlə əməkdaşlıq edərək əldə edilmiş razılaşmanı qoruyub saxlamağa çalışırlar. Buna görə də nüvə proqramını bərpa etməyə tələsmirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Nazir bildirib ki, ABŞ 2015-ci ildə özünün imzaladığı və BMT tərəfindən təsdiq edilən razılaşmanı tanımaqdan imtina edir və bu razılaşmanı imzalayan digər Avropa dövlətlərini də öz imzalarından imtina etməyə məcbur edir. Bununla da ABŞ beynəlxalq hüquqa hörmətlə yanaşan dövlətləri hədələyir ki, əgər onlar beynəlxalq hüquqa hörmət etsələr cəzalanacaqlar.

M.C. Zərif bildirib ki, artıq ABŞ-a inam qalmayıb. Amerikanın prezidenti Donald Tramp bir gün İran prezidenti Həsən Ruhanini yaxşı siyasi xadim kimi qiymətləndirir və onu danışıqlara çağırır, səhəri gün isə onu diktator adlandırır. İran belə mövqe nümayiş etdirən prezidentlə danışıqlar aparmağı vaxt itkisi hesab edir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.