İQTİSADİYYAT


Məişət kondisionerlərinin idxalı artıb

Bakı, 18 yanvar, AZƏRTAC

2020-ci ilin yanvar-noyabr ayı ilə müqayisədə ötən ilin ilk on bir ayında mühüm məhsul növlərindən məişət kondisionerlərinin idxalı 2,2 faiz, paltaryuyan maşınların 20 faiz, məişət soyuducularının isə 1,6 dəfə artıb.

AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, ötən ilin yanvar-noyabr aylarında hesablama maşınları, blok və qurğularının idxalında 6 faiz artım müşahidə olunub.

Qeyd edək ki, idxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, kimya sənayesi məhsullarının, nəqliyyat vasitələrinin, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.