REGİONLAR


Meksika səfiri Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratla ayrılıb

Qəbələ, 21 may, Mustafa Dadaşov, AZƏRTAC

Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores Qəbələ rayonuna səfəri çərçivəsində Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ilə tanış olub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qoruğun direktoru Zahir Kərimov məlumat verib.

Meksika səfirinə Qəbələ Dövlət Tarix-Bədii Qoruğu, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı və maliyyə dəstəyi ilə yaradılmış Qəbələ Arxeoloji Ekspedisiyanın iştirakı ilə burada dövrü olaraq aparılmış arxeoloji qazıntılar, aşkar olunan tarixi tapıntılar haqqında ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, dövlətimiz tərəfindən tarixi abidələrin bərpası və qorunmasına xüsusi diqqət yetirilir.

Meksika səfiri Qəbələ rayonuna dəfələrlə səfər etdiyini, insanların qonaqpərvərliyindən məmnun qaldığını vurğulayıb, Azərbaycanın tarixi-mədəni abidələrinin bütün dünyada tanındığını bildirib.

Sonra səfir Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun arxeoloji əraziləri və Qəbələ Arxeoloji Mərkəzin sərgi salonları ilə yaxından tanış olub, xatirə kitabına ürək sözlərini yazıb. Azərbaycan və Meksika arasında diplomatik münasibətlərin yaranmasının 30 illik yubileyi münasibətilə səfir Rodrigo Labardini Mərkəzin həyətində meyvə ağacı əkib.

Səfirə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının maliyyə dəstəyi ilə nəşr olunmuş Qəbələnin tarixi, etnoqrafiyası və folkloru haqqında kitab toplusu, rayonla bağlı xatirə hədiyyələri təqdim edilib.

Meksika səfiri Xuan Rodrigo Labardini Flores Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratla ayrılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.