ELM VƏ TƏHSİL
“Məktəb psixoloqu” layihəsi çərçivəsində vebinar təşkil olunub
Bakı, 6 avqust, AZƏRTAC
Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin (TİPİM) təşəbbüsü ilə “Məktəb psixoloqu” layihəsi çərçivəsində vebinar keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, emosional intellekt mövzusunda təşkil olunan vebinarda ümumtəhsil müəssisələrində psixoloq vəzifəsində çalışanlar iştirak ediblər.
Onlayn seminarda hisslər, onların idarə edilməsi üsulları və şagirdlərdə emosional zəkanı inkişafetdirmə texnikalarından bəhs olunub. İştirakçılar mövzu haqqında təəssüratlarını həmkarları ilə bölüşüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:18]
Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir
- 26.04.2024 [18:38]