ELM VƏ TƏHSİL
Məktəblərdə COVID-19 virusuna yoluxma halları ilə bağlı növbəti məlumat açıqlanıb
Bakı, 1 oktyabr, AZƏRTAC
Ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxma halları ilə bağlı növbəti məlumat açıqlanıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 25 şagirdin bədən hərarəti 37 dərəcədən yuxarı olub. Doqquz şagird, işçi heyətdən isə 8 nəfər koronavirusa yoluxub. Üç sinifdə dərslər təhsilin distant formasına keçirilib. Bununla da distant təhsilə keçirilən siniflərin sayı 22-yə çatıb.
Xatırladaq ki, respublika üzrə 1 məktəb - Quba rayonu Qamqam kənd orta məktəbi 8 müəllimin virusa yoluxması səbəbindən təhsili distant formaya keçirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [19:01]
Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa
- 08.05.2024 [18:33]
Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır
- 08.05.2024 [17:55]