ELM VƏ TƏHSİL


Məktəblərdə peşəyönümü işinin təbliği davam edir

Bakı, 15 aprel, AZƏRTAC

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi peşəyönümü işinin təbliği və təşkili üçün məktəblilərlə görüşlər keçirir.

Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, mərkəzin müəllimləri peşəyönümü sahəsində maarifləndirmə işi aparmaq məqsədilə Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 183 nömrəli orta məktəbin IX və XI sinif şagirdləri ilə görüşüblər. Onlar məktəblilərə mərkəzin maddi-texniki bazası, tədris olunan ixtisaslar, qəbul qaydaları haqqında ətraflı məlumatlar verib, onları maraqlandıran sualları cavablandırıblar.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanına əsasən “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib. Sənəd hazırlananda Azərbaycanda orta təhsil pilləsi məzunlarının yalnız 11 faizi peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunurdu. Bu, əhalinin təhsilin peşə-ixtisas istiqamətinə marağının az olmasından irəli gəlirdi. Hazırda müvafiq Strateji Yol Xəritəsi çərçivəsində ümumtəhsil müəssisələrində peşəyönümü işi gücləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.