ELM VƏ TƏHSİL


Memarlıq və İnşaat Universitetində “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı olub

Bakı, 6 may, AZƏRTAC

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təqdimatı keçirilib.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə 200-dən çox tələbə iştirak edib. Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev proqramın tələbələr üçün əhəmiyyətindən və gənclərə yaratdığı imkanlardan danışıb. O, ölkəmizdə könüllülük fəlsəfəsi, proqramın fəaliyyəti, əsas istiqamətləri və proqramda iştirak imkanları haqqında ətraflı məlumat verib. Qeyd edib ki, “Bir” Tələbə-Könüllü Proqramı öz fəaliyyətini 6 müxtəlif istiqamət üzrə həyata keçirir. İstiqamətlər tələbə-könüllülərin asudə vaxtının səmərəli keçirməsinə, onların müxtəlif sahələrdə təcrübə qazanmasına, bilik və bacarıqlarının artırılmasına, tələbə həyatını rəngarəng yaşamasına və əyləncəli vaxt keçirilməsinə şərait yaradır.

Təqdimat mərasimində “Bir” Tələbə-Könüllü Proqramında iştirak edən tələbələrin fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub. Sonda tələbələrin sualları cavablandırılıb, tədbir maraqlı oyun və müsabiqələrlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.