ELM VƏ TƏHSİL


Memarlıq və İnşaat Universitetinin əməkdaşı beynəlxalq tədbirdə distant təhsilin üstünlüklərindən danışıb

Bakı, 25 noyabr, AZƏRTAC

Hindistan Didaktik Assosiasiyası Azərbaycan və Qırğızıstan ali təhsil müəssisələrinin əməkdaşları ilə birgə "Distant təhsilin üstünlükləri, problemləri və həll yolları" mövzusunda onlayn dəyirmi masa təşkil edib. Tədbirdə ölkəmizi Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Beynəlxalq proqramlara dəstək sektorunun müdiri İsa Muradov təmsil edib.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, dəyirmi masada çıxışı zamanı İ.Muradov təmsil olunduğu universitet, onun beynəlxalq əlaqələri və qoşulduğu tələbə mübadilə proqramları barədə məlumat verib, distant təhsilin üstünlükləri, problemləri və həll yollarından danışıb. O qeyd edib ki, pandemiya şəraiti olmasına baxmayaraq AzMİU-nun tələbələri distant formada dərslərini uğurla davam etdirir, beynəlxalq layihələrdən istifadə edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.