ELM VƏ TƏHSİL


“Məmmədəli Sidqinin şəxsi fondu” kitabı nəşr olunub

Bakı, 3 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) M.Füzuli adına Əlyazmalar İnstitutunun şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru Nailə Səmədovanın “Məmmədəli Sidqinin şəxsi fondu” kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

Kitabda Azərbaycan mətbuatı tarixində xüsusi yer tutan jurnalist və mühərrir M.Sidqinin institutda saxlanılan şəxsi arxiv materialları toplanıb.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, kitab “Məmmədəli Sidqinin tərcümeyi-halı və xatirələri”, “Əsərləri”, “Məmmədəli Sidqinin müxtəlif şəxslərə məktubları”, “Müxtəlif şəxslərin Məmmədəli Sidqiyə məktubları”, “Müxtəlif sənədlər”, “Müxtəlif şəxslərin nəsr əsərləri”, “Müxtəlif şəxslərin şeirləri”, “Müəllifi naməlum nəsr əsərləri”, “Müəllifi naməlum şeirlər” adlanan altı fəsildən ibarətdir.

Yeni nəşr müəllifin “Məmmədəli Sidqi: şəxsiyyəti, mühiti və müasirləri” sərlövhəli geniş məqaləsi ilə açılır. Həmin məqalədə M.Sidqinin ictimai-siyasi, ədəbi-bədii və elmi-publisistik yaradıcılığı təhlil edilir.

Kitabın elmi redaktoru filologiya elmləri doktoru Paşa Kərimovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.