MƏDƏNİYYƏT
“Mən dəniz sahilində yaşayıram” müsabiqəsinə yekun vurulub
Riqa, 11 mart, AZƏRTAC
Latviyada keçirilən və Yurmala rəsm məktəbinin təşkil etdiyi XVIII beynəlxalq “Mən dəniz sahilində yaşayıram” müsabiqəsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, uşaq və yeniyetmələr arasında keçirilən rəsm müsabiqəsində 23 ölkədən 451 məktəbli iştirak edib. Azərbaycanın da təmsil olunduğu müsabiqədə 3 qran-pri, 13 qızıl, 24 gümüş, 38 bürünc medal, 136 təşəkkürnamə təqdim ediləcək. Rəsmi nəticələr martın 21-də açıqlanacaq və qaliblərin şəkillərindən ibarət sərgi martın 22-dən aprelin 22-dək açıq olacaq.
Qeyd edək ki, müsabiqənin budəfəki mövzusu tufan olub. Müsabiqəyə 3500 əsər təqdim edilib.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [18:43]
“Ulu Öndərin işığında” kitabının təqdimatı olub
- 08.05.2024 [18:27]
“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb
- 08.05.2024 [17:17]